Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında








2012-ci ilin yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 12,6 faiz üstələyərək 271,2 milyon manata çatmışdır. Xidmətlərin 62,2 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 168,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 32,3 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 9,5 faiz azalaraq 102,4 milyon manata çatmışdır.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar ayı ilə müqayisədə 17,1 faiz artaraq 27,3 milyon manat olmuşdur. İaşə dövriyyəsi həcminin 53,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz artaraq 14,6 milyon manat olmuşdur.