Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı haqqında








2012-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 670,2 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 9,5 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 15,8 faizi hüquqi şəxs statuslu, 48,2 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 36,0 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
Əhali istehlak mallarının 105,9 milyon manatlığını hüquqi şəxslərdən, 564,3 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 13,8 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 8,7 faiz artmışdır.