Məhsul bazarı haqqında
02.07.2026 10:25
2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 15107,1 milyon manatlıq, o cümlədən 8189,0 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 6918,1 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,0 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 faiz artmışdır. İstehlak məhsullarının 38,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.