Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında

Image



2026-cı ilin yanvar-aprel aylarında  pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən  6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq  dövrü ilə müqayisədə  pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 4,9 faiz artmışdır. İstehlak məhsullarının 38,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.