Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında

Image



2025-ci ilin yanvar-fevral aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  8,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,5 faizi mədənçıxarma, 22,9  faizi emal, 3,1  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 Sənayedə qeyri-dövlət sektorunun  payı 79,1 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,2 faiz təşkil  etmişdir.                                                 

 İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 mart  2025-ci il vəziyyətinə 575,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 44,3 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.